Moskva meriyası Rusiya müxalifətinin mitinqinə icazə verib. “Milyonların marşı” adı verilən yürüş mitinq 6 mayda Balotnoya meydanında keçiriləcək. Hələ ki, ancaq mitinq yeri müəyyənləşdirilib. Facebookda tədbirə göndərilən dəvəti 6 min 664 nəfər təsdiqləyib.
Daha əvvəl meriya mitinqin Tverskoy küçədə keçirilməsi tələbini rədd etmişdi. Müxalifətin mitinqi Putinin andiçməsindən 1 gün öncə keçiriləcək.
azadliq.info