“Talıbov Naxçıvanı repressiya laboratoriyasına çevirib, Əliyev də onu bütün respublikaya tətbiq edir”
“Sərhədsiz Reportyorlar” Azərbaycanı dünyanın nadir 6 ölkəsindən biri kimi göstərdi
«Sərhədsiz Reportyorlar» Azərbaycanı dünyanın 6 nadir ölkəsindən biri kimi göstərdi
“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı jurnalistlərə qarşı fiziki zorakılığı pisləyir və bildirir ki, 2012-ci ilin yanvar ayından bu yana dünya üzrə ümumilikdə 27 jurnalist öldürülüb. Onların əksəriyyəti Somali və Suriya kimi müharibə zonalarında həlak olub.
“Azadlıq” radiosunun məlumatına görə, “Sərhədsiz Reportyorlar” hər il açıqladığı “Mətbuat yırtıcıları” siyahısını yeniləyib. Siyahı bu il bir qədər də genişlənib və “mətbuat yırtıcıları”nın sayı 41-ə çatıb.
“Bizim cinayətlərin şahidi olmasın” və “Bizdən başqa heç kəsin səsi eşidilməsin” – bu, avtoritar rejimlərin və informasiya azadlığına düşmən kəsilən silahlı qrupların əsas şüarıdır. 2012-ci ilin ilk rübü göstərdi ki, Suriya rəhbəri Bəşər Əsəd və Somalinin islamçı döyüşçüləri dünyada mətbuat düşmənlərinin önündə gedir”, – deyə təşkilatın builki hesabatında bildirilir.
Siyahıda yer alan Liviyanın və Yəmənin keçmiş başçıları – Müəmmər Qəzzafi və Əli Abdullah Salehi 2011-ci ildə hakimiyyətdən getsə də, ümumilikdə, informasiya düşmənlərinin sayı azalmayıb.
2012-ci ildə bu zərərli “klub”a yeni üzvlər qoşulub. Nigeriyada terror yayan islamçı qrup Boko Haram, Misirdə Hüsnü Mübarəki əvəzləyən Misir Silahlı Qüvvələrin Ali Şurası, Somali Federal hökumətinin informasiya naziri, Azərbaycanın Muxtar Respublikası olan Naxçıvanda hakimiyyəti əlində cəmləşdirmiş Vasif Talıbov, Pakistan xüsusi xidmət orqanları, atası Kim Çen Irin ölümündən sonra hakimiyyətə gələn Koreya prezidenti Kim Çen Un…
Son zamanlar bir neçə ölkədə birdən artıq “mətbuat yırtıcısı” müşahidə olunmaqdadır. Azərbaycanın da adı 6 belə ölkənin sırasındadır.
Hesabatda qeyd olunur ki, Azərbaycanda Ilham Əliyev qədər gücə malik Naxçıvan rəhbəri Vasif Talıbov da azad söz düşmənidir. Hesabat müəllifləri yazır ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarını sınaqdan keçirən laboratoriyaya çevirib ki, Ilham Əliyev də sonradan həmin eksperimentləri bütün respublikaya tətbiq edir.
“Sərhədsiz Reportyorlar” 3 May – Beynəlxalq Mətbuat Azadlığı günündən istifadə edərək, jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır.