Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn «Gürcü arzusu» partiyası parlament rəhbərliyinə namizədini müəyyənləşdirib.
Partiyanın spikerliyə namizədi İrakl Kobaxidzedir. Kobaxidze «Gürcü arzusu»nda icraçı katib vəzifəsini tutur.
Spikerin müavinləri postuna Tamara Çuqoşvili (birinci müavin), Georgi Volski, Zviada Dzidziquri və İlya Nakaşidzenin namizədliyi irəli sürülüb.
Parlamentdəki çoxluğun lideri Arçil Talakvadze olacaq. Hakim partiya parlament komitələrinin rəhbərlərini də müəyyənləşdirib.
Qeyd edək ki, bu ilin oktyabrında keçirilən seçkidə «Gürcü arzusu» partiyası 150 deputat yerindən 115-ni qazana bilib. Bununla da parlamentdə çoxluğu ələ keçirib.
Parlamentin yeni tərkibdə ilk iclası noyabrın 19-dan gec olmayaraq keçirilməlidir.
Gültəkin