Dollar/TL, həftənin son iş günündə 3.1741 səviyyəsinə qalxaraq bütün zamanların rekordunu qırıb.
“Marja” xəbər verir ki, Cümə gününü 3.11 səviyyəsinin yüngül üzərində tamamlayan dollar/TL, daxili proseslərin təsiri ilə kəskin yüksəlişini davam etdirir.
BIST 100 İndeksi 3.2 faiz geriləyərkən, BIST Bank İndeksi 3.7 faiz düşüb, Türkiyə ETF-ləri 4.5% azalma ilə gün ərzində ən aşağı səviyyəyə enib. Məzənnə də axşam saatlarında 3.1734-ə qədər yüksəlib. Avro isə 3.52-ni aşıb.
Səhər saatlarında Diyarbəkirin mərkəzi Bağlar Rayonunda böyük bir partlama meydana gəldiyi barədə xəbər də ölkə daxilində gərginliyin artmasına səbəb olub.
Türk lirəsi ən sərt düşən pul vahidi olub
Türk lirəsi Bloomberg-in təqib etdiyi 24 inkişaf etməkdə olan ölkə pul vahidləri arasında ən sərt düşən pul vahidi olub.