Fələstin idarəçiliyinin məhbuslardan məsul naziri İsa Karaki həbsxanalardakı pis yaşayış şəraitinə etiraz edən məhbusların artdığını bildirərək deyib: “İsrail həbsxanalarında ölüm aclığı edənlərin sayında partlayış olacaq”. İsa Karaki və Fələstin Xalq Qurtuluş Cəbhəsi aclıq keçirənlərin sağlamlığından narahat olduğunu bildirib. BMT Baş Məclisində “Fələstinli əsirlər” problemini gündəmə gətirən Karaki bu insanlara kömək lazım olduğunu bildirib.
Hal-hazırda İsrail həbsxanalarında müxtəlif təşkilatlara mənsub 4 min 700 fələstinli məhkum var. Bu məhkumlardan ən azı 700 nəfəri aclıq aksiyasına başlayıb.
azadliq.info