«Nardaran işi» üzrə oktyabrın 26-da keçirilən məhkəmə iclasında şahid qismində dindirilən və sonradan Sabunçu rayon Polis İdarəsinə aparılan iki nəfərdən hələ də xəbər yoxdur. Valeh Abbasov və Samir Babayevin yaxınları bu gün Sabunçu polisində olsalar da, idarədən adı çəkilən şəxslərin orada saxlanılmadığını bildiriblər. Yaxınları hər iki şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını ehtima edirlər.
Xatırladaq ki, oktyabrın 26-da Valeh Abbasov və Samir Babayev məhkəmədə dindirilərkən istintaqdakı ifadələrini təsdiq etməyiblər. Valeh Abbasov bildirdi ki, o, latın qrafikası ilə yazıb-oxumağı bacarmır. İfadədə müstəntiqin nə yazdığını bilmədən onu imzalayıb.