Avropa Komissiyası: «Nabukko»nun taleyi Azərbaycanın qərarından asılıdır»
“Nabukko” və “Cənub dəhlizi”ndəki digər qaz nəqli sistemlərinin taleyi Azərbaycanın qərarından asılıdır. Bunu Avropa Komissiyasının nümayəndəsi Marlen Holzner Brüsseldə Macarıstanın MOL şirkətinin “Nabukko” kəmərinin tikintisi layihəsindən çıxmaq qərarını şərh edərkən deyib. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyi rəsmi Bakının bir neçə aydan sonra qərar verəcəyini gözləyir.
“Yaxın aylarda Azərbaycan hansı boru xəttinə qaz verəcəyini müəyyən edəcək. Onlardan biri ”Nabukko”dur. Hazırda danışıqlar davam edir. Qazın tədarükçüsü olan Azərbaycan, həmçinin “Nabukko”nun digər iştirakçıları özləri üçün layihənin maraqlı olub-olmaması haqda nəticələr çıxaracaq”, – deyə o vurğulayıb.ÿ Hozner qeyd edib ki, Avropa Bilriyinin başlıca prioritetlərindən biri Azərbaycanın Xəzərdə sahib olduğu enerji resurslarına çıxış əldə etməkdir.