“The Mirror” qəzeti yazır ki, Türkiyə özü ilə münaqişəli Suriya arasındakı 901 kilometrlik sərhəd boyunca 4 metr hündürlüyündə beton hasar çəkməyə hazırlaşır.
Hökumət bildirib ki, hasarın çəkilməsi beş aya başa çatdırılmalıdır.
Məqalədə deyilir ki, hər birinin ağırlığı 7 ton olan beton hasar blokları İslam Dövlətinin nəzarətində olan ərazilərdən qaçaqmalçılığı dayandırmalıdır.
“The Mirror” yazır ki, Türkiyə sərhədin 240 kilomterlik sektorunda belə bir hasarın tikintisinə 2004-cü ildə başlamışdı.
Türkiyə Evtikmə İdarəsinin rəhbəri Ergün Turan deyib ki, yeni hasar Ankara üçün təhlükəsizlik məsələsidir.
O deyib ki, bu təhlükəli tikintidir, çünki ətraf minalarla doludur.
Turan deyib ki, beton hasar Türkiyəyə 400 milyon dollara başa gələcək.