Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.
Bu barədə “NTV” telekanalı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, İŞİD terrorçuları Türkiyə ordusuna məxsus tankı atəşə tutublar. İŞİD terrorçularının nəzarəti altında olan ərazidən açılan atəş zamanı 3 türk əsgəri xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.