2016-cı ilin yanvar-iyulunda daxili bazarda neft və neft məhsuları istehlakı 1 milyon 912,7 ton olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə daxili bazarda neft və neft məhsuları istehlakı 11,4% artıb. Neft məhsullarının 30,3%-i avtomobil benzini, 29,5%-i mazut, 22,6%–i dizel yanacağı, 4,8%–i aviakerosin 4,4%-i kimya sənayesi üçün benzin, 4%-i maye qaz (LPG) olub.
Əsas neft məhsullarının cədvəli (min ton)
Adı |
2016-cı ilin yanvar-iyulu |
2015-ci ilin yanvar-iyulu ilə müqayisədə (в %) |
Avtobenzin |
578,8 |
89,0 |
Dizel yanacağı |
431,7 |
85,1 |
Mazut |
564,3 |
2,6 dəfə |
kimya sənayesi üçün benzin |
84,1 |
77,4 |
aviakerosin |
92,1 |
102,8 |
Neft bitumu |
57,8 |
85,4 |
Maye qaz (LPG) |
76,3 |
164,4 |
Yağ və sürtkü materialları |
19,1 |
86,8 |
Digər neft məhsulları |
8,5 |
74,6 |
Cəmi |
1 912,7 |
111,4 |
Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 7 ayında avtobenzin və dizel yanacağı istehlakı 11% və 14,9% azalıb. Bu, onu göstərir ki, əhali şəxsi avtomobillərdən daha az istifadə etməyə başlayıb.
Maye qazdan istifadənin artması isə Baku-Bus şirkətinin avtobuslarının bu yanacaqdan istifadəsi ilə bağlıdır.