Almaniya baş naziri Angela Merkelin 22 illik avtomobilini satışa çıxarılıb. Auksion satış onlayn ticarət saytı “eBay”da aparılır. Merkel bu avtomobili sürəndə Berlin divarı hələ dağılmamışdı. VW Golf II markalı avtomobil bugünəcən 190 km yol qət edib. Davam edən onlayn auksionda maşına 10 min avro qiymət qoyulub. Merkel və əri avtomobili 1996-cı ilədək istifadə ediblər.
Daha əvvəl eybi üsulla Roma Papası ikinci İohan Pavelin avtomobili “eBay”da 188 min 938 avroya satılmışdı.
azadliq.info