Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb. Bu barədə RİA “Novosti” Tasnim agentliyinə istinadən xəbər verib.
Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib.
O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar.
Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.