Bəşər Əsəd rejimi İstanbulda keçirilən Suriya Xalqının Dostları Qrupunun toplantısına sərt təpki verib. Suriya hökumətinin mətbu orqanı “Əl Baas” qəzetinin birinci səhifəsində yer alan məqalədə İstanbul toplantısı “daha çox suriyalının öldürülməsinin yollarını axtarmağa, cəmiyyəti və dövləti çökdürməyə, Suriyanı zəiflətməyə doğru hərəkət edən regional və beynəlxalq terrorun parçası” adlnadırılıb. Qəzet toplantını Suriyanın düşmənlərinin platforması deyə xarakterizə edib.
Məqalədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl Faysal sərt tənqid olunub. “Əl Baas” bu yaxınlarda Suriya müxalifətin silahlandırılmasının lazım olduğunu söyləyən Faysalın “Ölkəni qan gölünə çevirmək üçün terrorçuları təşviq etmək”də günahlandırıb.
Əsəd rejiminin rəsmi orqanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da ünvanına sərt ittihamlar yağdırıb: “Ərdoğan Suriya xalqının mənfəətlərindən bəhs edir və ölkəmizdə cinayət törədən terrorçulara ev sahibliyi etdiyini unudur”.
Qətərin baş naziri Şeyx Həmad bin Yassem də “terrorçulara silah və pul verməkdə” günahlandırılıb.
Qəzaet daha sonra yazır ki, İstanbul toplantısı Suriyanı zəiflətməyə və Vaşinqton, Paris, London, Təl-Əvivlə əməkdaşlıq edən ölkə halına gətirməyə çalışılan beynəlxalq cəhddir.
azadliq,info