Birmada parlamentdəki yerlərə keçirilən əlavə seçkilərdə səsvermə başa çatıb. Müxalifətçi Demokratiya uğrunda milli liqa nümayəndələri onların lideri Aun San Su Cinin qələbə çaldığını elan ediblər. Müxalifət təmsilçiləri bildirib ki, paytaxt Ranqun yaxınlığındakı dairədən namizədliyi irəli sürülmüş Aun San Su Ci parlamentə mandat qazanıb. Lakin səsvermənin rəsmi nəticələri hələlik açıqlanmayıb.
Hərbi hakimiyyətin hökm sürdüyü Birmada parlamentə hazırkı əlavə seçkilər xuntanın dəstəklədiyi hökümətin demokratik islahatlara sadiqliyinin sınağı kimi qəbul olunur.
Hazırkı parlamentə əlavə seçkilərdə 45 mandat uğrunda rəqabət gedirdi. Müxalifət bildirir ki, seçkiqabağı kampaniya zamanı və səsvermə gedişində bir sıra səsvermə məntəqələrində pozuntulara yol verilib.
azadliq.info