ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol hər yerdə “НТВ” kanalının əməkdaşları tərəfindən izləndiyini deyir. Bu haqda o, “twitter” hesabında yazıb. “Hara gedirəmsə, “НТВ” artıq ordadır.” Diplomat sual verir ki, kanalın əməkdaşları onun gün nizamı haqqında detalları hardan bilirlər? O, bu haqda müxbirlərdən soruşub, ancaq heç bir cavab ala bilməyib. Maykl Makfol: “Maraqlıdır, belə işlər üçün qanunlar mövcuddurmu?”
Xatırladaq ki, “НТВ” martın əvvəlində müxalifət haqqında hazırladığı “Etirazın anatomiyası” sənədli filimində müxalifəti ABŞ səfirliyindən pul almaqda günahlandırmış, filmdə səfirin kadrlarını vermişdi.
azadliq.info