Kubaya üçgünlük səfərini başa vuran Roma Papası XVI Benedikt bu gün Havananı tərk edib. Kubanı tərk etməzdən öncə papa ABŞ-ın 50 ildir ki, Kubaya tətbiq etdiyi embarqonu pisləyib. O, bu addımların Kuba xalqı üzərinə ağır yük qoyduğunu bildirib.
Günün əvvəlində Papa Benedikt sabiq Kuba lideri Fidel Kastro ilə görüşüb. O, Havana aroportunun İnqilab Meydanında təşkil olunan dini mərasimə də rəhbərlik edib. On minlərlə kubalının toplaşdığı meydanda çıxş edən XVI Benedikt ölkədə siyasi azadıqların arıtırlmasını istəyib. O, ölkəni əsaslı yenilənməyə çağırıb: “Kuba, özündə böyüklərə inamı bərpa et. Ondan yaxşı gələcək qurmaq üçün güc al. Tanrının vədlərinə inan, ürəyini onun İncilinə aç ki, insan və cəmiyyətin həyatını həqiqətən yeniləyə biləsən”.
azadliq.info