Ermənistan apteklərində üzərində Azərbaycan dilində yazılar olan dərmanlar aşkar edilib. ANS PRESS-in Tert.am saytına istinadən verdiyi məlumata görə, Ermənistan dərman istehsalı və idxalçıları şurasının rəhbəri Samvel Zakaryan bu preparatların Azərbaycandan gətirilməsini istisna etməyib.
“Bu dərman preparatları Belarusda Azərbaycan üçün istehsal edilib. Bu preparatlar ya Azərbaycandan, yaxud da Belarusdan Ermənistana gətirilib”, – deyə Samvel Zakaryan bildirib.