Avropa Parlamenti Belarusiyadan siyasi məhbusların dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib. Qətnamədə göstərilir ki, şərtlər yerinə yetirilməyənədək “Avropa Şurası və Belorusiya arasında dialoq davam edə bilməz”. Avroparlamentin tələbləri sırasında ilk növbədə “Vesna” hüquq müdafiə təşkilatının sədri Ales Belyaskini, keçmiş prezidentliyə namizəd Nikolay Statkeviç və Andrey Sannikovun azadlığa buraxılmasıdır. Siyahıda həmçinin müxalifətin namizədləri Pavel Severinesin, Dmitriy Bondarenkonun və siyasi aktivist Serqey Kovalenkonun adı var. Avroparlamentin deputatları Belorusiyada insan haqları sahəsində vəziyyətin getdikcə pisləşdiyini qeyd edirlər. Onlar Belorusiyaya yeni iqtisadi sanksiyaların tətbiqinə çağırırlar.
azadliq.info