Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” Azərbaycan hakimiyyətini “Xəyal TV”-nin iki jurnalistinə vəkilləri və ailə üzvləri ilə görüşməyə icazə verməyə çağırıb. Vüqar Qonaqov və Zaur Quliyev hal-hazırda Səbail Rayon Polis İdarəsinin müvəqqəti təcridxanasında saxlanılır. Onlar 13 martda Qubada həbs ediliblər.
Təşkilat bildirir ki, hökümət Azərbaycan qanunlarını və beynəlxalq konvensiyaları pozur. “Human Rights Watch” hesab edir ki, jurnalistlərin həbsi 1 mart Quba üsyanına səbəb olan youtubedakı videoyazı ilə bağlıdır. Xatırladaq ki, videoyazıda sabiq Quba icra hakimiyyətinin başçısı Rauf Həbibov qubalıları təhqir eləmişdi.
azadliq.info