Rusiyada siyasi partiyaların təsis qaydaları asanlaşdırıldı
Rusiyada aylardır müzakirə olunan siyasi partiyaların təsis qaydalarının asanlaşdırılması qanunuyla bağlı qərar qəbul olunub. Müxalifətin israrlı tələbələri qarşısında geri çəkilməli olan hakimiyyət layihənin qəbuluna razılıq verib. Federasiya Şurası siyasi partiya təsis olunması prosedurasının adələşdirilməsi barədə qanunu təsdiqləyib. Yeni qanuna əsasən partiyanın dövlət qeydiyyatından keçməsi üçün artıq ən azı 40 min deyil, 500 üzvü olması kifayətdir. 124 senatorun lehinə səs verdiyi qanun təsdiqləmək üçün Rusiya prezidentinə təqdim olunacaq və dərc olunan gündən qüvvəyə minəcək.
Ekspertlər hesab edir ki, siyasi partiyalar haqqında qanuna dəyişikliklər edildikdən sonra ölkədə yüzlərlə yeni partiya qeydiyyatdan keçəcək. Artıq Ədliyyə Nazirliyinə yeni yaradılmış partiyaların qeydiyyatdan keçməsi üçün 80-ə yaxın ərizə daxil olub. Yeni qeydiyyatdan keçən partiyalar payızda regionlarda keçiriləcək seçkilərdə iştirak etmək hüququ qazanacaqlar.
Qanunda göstərilir ki, Ədliyyə Nazirliyi sənədlərində problem olan partiyaların qeydiyyatla bağlı müraciətinə dərhal rədd cavabı vermir, sənədləri qaydaya salmaq üçün partiyaya üç ay müddət tanıyır. Bundan başqa partiyanın qeydiyyatdan keçməsi üçün Rusiyanın federal subyektlərinin ən azı yarısında yerli təşkilatının olmasının zəruriliyi tələbi də ləğv edilib. Yeni qanun yeddi il ərzində ardıcıl olaraq seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmasını nəzərdə tutur. Bundan əvvəlki qanunda bu müddət 5 il müəyyənləşmişdi.
azadliq.info