Yəmən vətəndaşı, “Əl-Qaidə” lideri Üsəma Ben Ladenin dul arvadı Amal Əl Sadehin Pakistan həbsxanasında saxlanılması Yəmən və Pakistan arasında diplomatik böhrana səbəb olub. Amalın ölkəyə qeyri-qanuni yollarla daxil olduğunu iddia edən Pakistan təhlükəsizlik qüvvələri onun mühakimə olunmasını istəyir. Yəmən tərəfi isə Amalın Ben Ladenin cinayətləri ucbatından cəzalandırdırıldığını iddia edir. Yəmən Xarici İşlər naziri Əbubəkr Əl Kırbi Amal və dörd uşağının Yəmənə qaytarılmasını tələb edir.
Amalın mətbuata açıqlama verən qardaşı Həmid Əl Sadeh deyib: “Bacım 2000-ci ildə Kəraçi şəhərinə gedib. Ölkəyə girişində heç bir qanuna tərs vəziyyət yoxdur. Amerikan əsgərlərinin keçirdiyi əməliyyat zamanı boynundan yaralanıb. Bacım uşaqları nəyin hesabını ödəyir?”
Yəmənin İnsan Haqları naziri Huriyə Mənsur Amalın Ben Ladenlə evlənməsinin onu cinayətkar etmədiyi bildirib. Ben Ladenin dul arvadı 2011-ci ilin may ayında Amerika əsgərlərinin Ben Ladeni öldürməsi zamanı ələ keçirilmişdi.
azadliq.info