QOÇ
Çoxdan təxirə saldığınız işdən bu gün yapışmaq münasib deyil. Yaxınlarla aranızda mübahisələr düşəcək, amma münasibətləri düzəldə biləcəksiniz. Sizdən kömək istəyəcək tanışınıza rədd cavabı verməyin, çünki buna sonradan peşman olacaqsınız.
BUĞA
Işdə bəxtiniz gətirir. Ulduzlar bildirir ki, bu gün bacarmadığınız işdən belə yapışa bilərsiniz. Gün işgüzar danışıqlar aparmaq üçün əlverişlidir. Bu günə romantik görüş də təyin edə bilərsiniz. Qiymətli hədiyyə alacağınız da istisna deyil.
ƏKIZLƏR
Bu gün bürcün nümayəndələri mövqelərini möhkəmləndirəcəklər. Yaxınlarla mübahisə etməyin. Yaxşı olar ki, istirahətə vaxt ayırasınız. Istirahət əhvalınızı daha da yaxşılaşdıracaq, güc toplayacaqsınız.
XƏRÇƏNG
Bu gün sizə yardım edən şəxslər uzun müddət sizinlə əməkdaşlıq edəcəklər. Bu gün ətrafdakıların diqqət mərkəzində olacaqsınız. Yaranmış imkandan faydalanaraq, yeni tanışlığa imza ata bilərsiniz. Bu tanışlıq romantik məcrada inkişaf edəcək.
ŞIR
Əla gündür. Işdə uğur, böyük qələbə sizi gözləyir. Yeni informasiya səmərəli olacaq. Gün nə qədər gərgin keçsə də, siz yorğunluq hiss etməyəcəksiniz. Yaradıcılıq, eksperimentlər üçün münasib gündür.
QIZ
Bürcün bəzi nümayəndələri maraqlı işgüzar təkliflər alacaqlar. Bu təkliflər maddi durumunuzu yaxşılaşdırmaqla yanaşı, digər istiqamətlərdə də məhsuldar olacaq. Əvvəllər tez-tez mübahisə etdiyiniz şəxslə münasibətlərinizi qaydaya salacaqsınız.
TƏRƏZI
Diqqətinizi toplayın. Çətin gün yaşayacaqsınız. Intellektual potensialınız yüksəkdir. Günün emosional mənzərəsi xoşdur, əla əhvalınız olacaq, hamı ilə dil tapacaqsınız. Axşam saatı romantik gəzinti üçün münasibdir. Yaxşı olar ki, bu gün tez yatasınız.
ƏQRƏB
Sizin üçün uğursuz gündür. Işdə konflikt yaranacaq, tapşırıqların öhdəsindən gələ bilməyəcəksiniz. Rəhbərliklə aranızda mübahisələr yaşanacaq. Yaxınlardan dəstək gözləyəcəksiniz, amma tənqidlə qarşılaşacaqsınız. Yol verdiyiniz səhvlərə görə üzr istəməlisiniz.
OXATAN
Yola çıxarkən ehtiyatlı olun. Hətta ofisdə oturduğunuz kürsüdə hərəkət edərkən belə, diqqətli olun. Bu gün yolda xoşagəlməz anlar yaşamaq təhlükəsi var. Ətrafdakılara kömək etməkdən imtina etməyin. Gün xeyriyyə işləri üçün münasibdir.
OĞLAQ
Sakit gündür. Işlərinizin öhdəsindən gələcəksiniz. Özünüzlə fəxr etmək üçün əlinizdə kifayət qədər əsasınız olacaq. Uzaq qohumla, çoxdankı tanışınızla gözlənilməz görüş olacağı ehtimal edilir. Bu da əhvalınızı daha da yaxşılaşdıracaq.
DOLÇA
Çox uğurlu gündür. Uğurlu alış-veriş edəcəyiniz də istisna deyil. Gün romantik görüş, sevdiklərinizlə ünsiyyət baxımından münasibdir. Siz heç nəyi gizlətmirsiniz deyə, bir sıra problemləri həll edəcəksiniz. Uzunmüddətli plan qura bilərsiniz.
BALIQLAR
Arzularınıza çatmağa az vaxt qaldığını hiss edirsiniz. Ümidverici görüşlər olacaq. Alış-veriş edə bilərsiniz, zövqünüz sizi aldatmayacaq. Dostların əhatəsində vaxt keçirmək üçün əla zamandır. Romantik görüş gözlədiyiniz ümidləri doğrultmayacaq.