Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan daha 117 hərbçi həbs olunub.
Aralarında zabitlərin də olduğu 158 hərbçidən 157-si həbs olunmaları tələbilə Sülh Cəza Hakimliyinə aparılıb.
Hərbçilərin 117-si məhkəmə zalında həbs olunub. Şübhəlilərdən 22 nəfəri nəzarət olunmaq şərti ilə azad edilib. Digər 18 hərbçinin məhkəmə prosesi sabah davam etdiriləcək.