Gürcüstanın baş naziri Georgi Kvirikaşvili müdafiə naziri Tinatin Xidaşeli və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvilinin istefa tələblərini qəbul edib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Hökumət aparatından bildiriblər ki, nazirlər vəzifələrinə dair yeni namizədlər yaxın vaxtlarda məlum olacaq.
***
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb.
O, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmasını xahiş edib. Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir.