Türkiyənin Diyarbəkir vilayətində 37 jandarm zabiti həbs edilib.
Jandarm zabitləri 16 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq prosesi çərçivəsində həbs olunublar.
Həbs edilənlər arasında Diyarbəkir vilayətinin jandarm komandiri, polkovnik Hasan Ceyhun da var. (Report)