Bu dəfə hücum Rabitə Nazirliyinə məxsus IP ünvandan təşkil edilib
Martın 20-də “Azadlıq” qəzetinin saytına növbəti haker hücumu olub. Saat 23 radələrindən başlayan hücum nəticəsində saytın fəaliyyəti gecə bir müddət dayanıb.
Server araşdırmalarına görə, saytın bazasına 188.72.183 .0/24 ünvanlı IP-dən süni qoşulmalar baş verib. Saniyədə yüzlərlə süni girişlə serverin fəaliyyətinə maneə yaradılıb. Server məcbur olaraq fəaliyyətini müvəqqəti dayandırıb. Göstərilən IP bloklanandan sonra server fəaliyyətini bərpa edib.
Araşdırmanın nəticəsinə görə, göstərilən IP ünvanı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazriliyinin serverlərinin birinə məxsusdur.
Hazırda həmin IP bloklanıb ve sayt fəaliyyətini davam etdirir.
azadlıq.info