Türk Lirəsi dollar qarşısında, ölkədəki qurumlardakı işdən çıxarmalar, beynəlxalq kredit reytinqi agentliyi Moody’s İnvestor Service-in Türkiyənin kredit reytinqini endirmək üçün izləməyə götürdüyünü açıqlaması və uğursuz dövlət çevrilişi cəhdinin mümkün təsirlərinin arta biləcəyi narahatlıqları ilə bağlı olaraq, bütün zamanların ən aşağı səviyyəsinə yaxımlaşıb.
Türk Lirəsi dollar qarşısında 0.4 faiz azalma ilə 3.0549 səviyyəsinə enib.
Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadi artım proqnozunu aşağı salınmasının ardından, inkişaf edən ölkələrin pul vahidləri ucuzlaşıb.
TL, dollar bqarşısında 3.0623 səviyyəsinə qədər enərək, 3.0752 ilə tarixinin ən aşağı səviyyəsini gördüyü Sentyabr ayından bu yana ən zəif səviyyəsinə enib.