Şiddətli döyüşlər Dəməşqin ən güclü mühafizə olunan rayonuna sıçrayıb
Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri ilə üsyançı əsgərlər arasında şiddətli döyüşlər davam edir. Döyüşlər əsasən hökumət qüvvələri tərəfindən güclu mühafizə olunan Əl-Məzzə rayonunda gedir. Üsyançı əsgərlər anidən həmin rayona hücuma keçib. Hökumət qüvvələri müxaliflərin qarşısını kəsmək üçün top və raketlərdən atəş açıblar. Hökumət qüvvələri üsyançı əsgərlərin sığındığı yaşayış binasını mühasirəyə alıb, atışmadan əvvəl həmin binanın bütün sakinləri evakuasiya edilib. Atışma nəticəsində tərəflər arasında onlaral ölü və yaralının olduğu deyilir.
Bununla yanaşı Dəməşqdə hökumətin təhlükəsizlik qurumlarını hədəf alan partlayışlar ölkənin ikinci ən böyük şəhəri Hələbə sıçrayıb. Hələbdə yaşayış massivinin yaxınlığında baş vermiş partlayış nəticəsində ən azı 3 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.
Dövlət televiziyasının xəbərinə görə, partlayış Hələb şəhərinin Süleymaniyyə məhəlləsində poçt binasının arxasında yerləşən iki binanın arasında saxlanılmış uzaqdan idarə olunan yük başınl vasitəsilə törədilib. Rəsmi dairələr olayın terrorçu qruplaşmalar tərəfindən törədildiyini bildirib.
İnformasiya şöbəsi