İctimai Palatanın regionlarda təşkilatlanması prosesi davam edir. İP-nın növbəti regional şöbəsi bu dəfə Gəncədə təssis edilib. Martın 18-də Gəncədə fəaliyyət göstərən müxalifət təşkilatlarından AXCP, AMİP, Müsavat və Millətçi Demokratlar Partiyasının nümayəndələri, QHT təmsilçiləri, ziyalıların iştirakı ilə İP-nin Gəncə şöbəsi təsis edilib. İclasda Gəncə şöbəsinin Koordinasiya Şurasının üzvləri də müəyyənləşdirilib. KŞ-ya AXCP-nin Gəncə şəhər şöbəsinin sədri Bəxtiyar Əlizadə, AXCP-nin Gəncədə təşkilatı məsələr üzrə kuratoru Ərşad ibrahimov, MDP sədri Qələndər Muxtarlı, Musavat partiyasının Gəncə təşkilatının sədri Oktay Zeynalov , Musavat Partiyasının təşkilatı məsələr üzrə kuratoru Elman Fəttahov, AMİP-dən Eldar
Əliyev daxil olub. Təssis konfransında eyni zamanda ölkədəki mövcud ictimai-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılaraq, hakimiyyətin son əhv fərmanında siyasi məhbus problemini həll etməməsi pislənilib.