İctimai Palata 8 aprel mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç yer istəyəcək. Martın 19-da “Media forum” saytına açıqlama verən Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib ki, İctimai Palata mitinqi “Təbriz”, “Nərimanov” kinoteatrlarının qarşısında və 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirməyi məqbul hesab edir.
Aksiyada ölkədə siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkisi keçirilməsi, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvi, siyasi məhbusların azadlığa buraxılması tələb olunacaq.