Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Çində keçiriləcək G-20 sammitindən əvvəl görüşəcəklər. Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Bakıda bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən gün Türkiyə nümayəndə heyəti Moskvada olub və rusiyalı tərəfdaşlarla Türkiyəyə çarter reyslərinin bərpası məsələsini müzakirə edib.
Yaxın vaxtlarda müxtəlif nazirliklərin rəhbərləri səviyyəsində Türkiyə və Rusiya nümayəndələrinin görüşü planlaşdırılır.
Çavuşoğlunun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin normallaşması regional əməkdaşlıq və Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə müsbət təsir göstərəcək.
O deyib ki, iyulun əvvəlində Soçidə öz “dostu” Sergey Lavrov ilə Qarabağ nizamlanmasını müzakirə edib.
Türkiyə XİN rəhbəri həmçinin mövcud Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan
əməkdaşlığı formatı kimi Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq mexanizminin formalaşmasının mümkünlüyünü bildirib. Eyni zamanda Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli mexanizminin yaradılması üzrə iş aparılır (contact.az).