Buna, prezidentin cənub bölgəsinə səfəri mane olub
Cənub bölgəsində səfərdə olan prezident Ilham Əliyev dünən Astaradan Masallı rayonuna gedib. Rayon sakinlərindən aldığımız məlumata görə, prezidentin gəlişi camaata əməlli-başlı problemlər yaradıb.
Əvvəla, əsas yolun qapanması maşınların gediş-gəlişinə ciddi maneə yaradıb. Ikincisi də, insanlar axır çərşənbə ilə bağlı gün boyu bayram bazarlığını edə bilməyiblər: “Nə satıcılar mallarını sata, nə də alıcılar bazarlıq edə bildilər. Həmişə axır çərşənbədə rayon qaynayırdı. Bu dəfə elə şərait yaratmışdılar ki, ətrafda ins-cins yox idi. Bundan başqa, yerli camaat yol polisinin kobud rəftarı ilə də üzləşdi”.