Prezidentin sözçüsü İbrahim Kalın, Rusiya prezidenti Vladimir Putinə Ərdoğan tərəfindən göndərilən məktubla bağlı açıqlama verib.
Kalın, məktubda, “dərin kədər və qüsura baxmasınlar” ifadələri işləndiyini təsdiqləyib. Kalına görə, məktubda bu ifadələr yer alıb: “Həyatını itirən rus pilotun ailəsinə bir daha üzüntümüzü çatdırır, qüsura baxmasınlar deyirəm”.
Prezident sözçüsü, Ərdoğanın Rusiya prezidenti Putinə göndərdiyi məktubda, Türkiyə ilə Rusiya arasındakı ənənəvi dostluq əlaqələrinin bərpa edilməsi, regional böhranların həlli üçün əməkdaşlıq və terrorla birgə mübarizə aparılması üçün müraciət olduğunu da bildirib.
Aydın Taş