Əvəz Şükürov rayon torpaqlarını müxtəlif yollarla ələ keçirir
Imişlidə keçmiş tədarükçülərin, hazırki “tikinti kralları”nın geri dönüşü rayon sakinlərinə problem yaradıb. Vaxtilə Imişlidən “Jiquli” ilə Bakıya gedən və “tikinti kralları”na çevrilən bu şəxslərin Imişliyə 200-300 min manatlıq xarici avtomobilərlə dönüşü sakinlərdə qıcıq yaradır. Az müddətdə milyarderə çevrilən bu insanların maskaları yavaş-yavaş açılır.
“Tikinti kralları” əllərində torpaq sahələri olanlara “halallıq” adı altında pullar verərək hətta təyinatları dəyişdirilməyən sahələrdə istədikləri obyektləri tikib yaradırlar. Kişilər guya yeni iş yerləri açırlar. Keçmiş MTN-in Istintaq Idarəsinin rəisi Mövlan Şıxəliyevin yaxın adamı, “tikinti kralları”ndan olan Əvəz Şükürov adlı birisi Imişlidə vaxtilə “bazar qalmaqalı” yaradıb. Bu qalmaqal 15 ildir ki, davam edir. Bu 15 ildə qardaş qardaşla, əmioğlu əmioğlu ilə, yeznə qayınla ən yaxşı halda küsülüdürlər. Məsələ hətta keçmiş prezidentə çatmış, amma həllini tapmamışdır. Zərərçəkənlərdən biri də bu yazının müəllifidir.
Diqqətli oxucu! Elə çıxmasın ki, mən qərəzli mövqedəyəm. Əsla belə deyil! Artıq yaşım 70-ə yaxınlaşır. Iş qabiliyyətim tükənib. Gələcək nəslə yazığım gəlir. Mənim kimilər əvəzlərin əlləri altında zülm çəkməsinlər deyə, diqqət edin! Yalavac bələdiyyəsi mənim Imişli şəhərinin sahəsindən 1000 kvmetrlik torpaq sahəmi başqa vətəndaşa satıb. Mənə cavab verin, ay ölkəmin rəsmiləri.
Respublikada nə vaxtdan kənd yolları küçə adlandırılıb? 8 ildir ki, mənim halal yerimi özümə göstərə bilmirlər. Icra, bələdiyyə, ədliyyə, prokurorluq və polis idarələri mənim ərizəmi ya zibil yeşiklərinə atırlar, ya da məhkəməyə müraciət etməyimi tövsiyyə edirlər.
99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi bir günün içində, 16 yanvar 2016-cı ildə ləğv edilib. Əvəz Şükurova və ya onun adamının adına rəsmiləşdirilib. Sərəncam verilib ki, ət sexi tikdirəcəklər. Deyilənə görə, onun 50-100 metrliyində Əvəzə karxana da veriblər. 10 ildir ki, Regional Ədliyyə mənim şikayətlərimi qeydə almır.
Digər örüş yerini isə 2006-ci ildə “tikinti kralı” Yasəf Hüseynov həyat yoldaşının adına özəlləşdirib. Ekoloqlar, texniki işçilər hansı əsasla 17 hektar örüş yerini və Arazın sahil hissələrini bu oliqarxa veriblər? 17 hektarın yarısında “Araz market” adlı bazar inşa edilib. Bir soruşan olmayıb ki, Imişli bələdiyyəsinə hər ay nə qədər torpaq vergisi ödənilib. Söhbət 100 min manatlarla borcdan gedir. Əvəz Şükürov Çaxırlı kəndində 10 il bundan qabaq bir yetimdən aldığı torpaq sahəsində oğlunun adına karxana açıb. Nə qədər dağ mədən vergisi ödəyib, məlum deyil.
Şəhidlər Xiyabanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsi tikildi. Bu şəhidlərə sayğısızlıq idi. Allah da bunu götürmədi. 2012-ci ildən bəri həmin idarədə Korrupsiyaya Qarşı Mübarizə Idarəsi 3 dəfə əməliyyat keçirib. Indiyə qədər 7 idarə rəisi dəyişib. Hazırki idarə rəisi Imişli şəhərinin meri 70 yaşlı Məmi Atakişiyevin qardaşı oğlu Nofəl Atakişiyevdir ki, mətbuat onu tənqid etməkdən yorulub.
Davud Zülfüqarov