Türkiyənin yeni baş naziri Binali Yıldırım Azərbaycana birgünlük səfərə gəlib. Onu və xanımı Semiha Yıldırımı Bakı aeroportunda Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Binali Yıldırım Bakıda ölkə başçısı İlham Əliyev və azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşməlidir.