Sayt rəhbərliyi haker hücumlarının təşkil edilməsində SOCAR-ın rəhbərliyindən şübhələnir
Dünəndən etibarən, xüsusilə “Rövnəq Abdullayev SOCAR-ın milyonlarını öz kapitalına necə qatır?” başlıqlı yazı dərc edildikdən sonra infoAZ.org saytı haker hücumuna məruz qalıb. Bu barədə xəbər portalının rəhbəri Namiq Cəfərli bildirib. Onun sözlərinə görə, artıq sayta qarşı 4-cü dəfədir ki, haker hücumu təşkil edilir. “Maraqlıdır ki, yalnız Rövnəq Abdullayevlə bağlı yazı dərc edildikdən sonra saytın sıradan çıxarılmasına cəhd edilir. Artıq SOCAR rəhbərliyinin sifarişi əsasında haker hücumlarının təşkil edilməsi bizdə şübhə yeri qoymur. Elə bu səbəbdən də məcburuq məsələ ilə bağlı Daxili İşlər Naziriliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edək”.