Fransanın Canal+ telekanalında Le Petit Journal (fransızca – “balaca jurnal”) proqramı buraxılışnın bir hissəsini “Rossiya-1” telekanalındakı “Vesti nedeli” verilişinə həsr edib. Dmitri Kiselyovun aparıcısı olduğu bu verilişdə Fransada əmək islahatları ilə bağlı etirazlardan kadrlar göstərilir. Le Petit Journal isə qeyd edir ki, verilişin əsas mövzusu Fransada Avropa İttifaqının siyasətini tənqid etməkdir. Kiselyov həmçinin fransalıların miqrantlara qarşı mübariz apardığını və onları ölkələrinə buraxmaq istəmədiklərini deyir.
Le Petit Journal-ın reportyorları sujetin qəhrəmanlarını tapıb və onlardan həqiqətən də bu sözləri deyib-demədiklərini soruşub. Onlar isə dediklərinin səhv tərcümə edildiyini, bəzi fikirlərin isə tamamilə uydurma olduqlarını deyiblər.
Bu, “Rossiya-1” telekanalının ilk belə verilişi deyil. Yanvar ayında buna bənzər veriliş Almaniya ilə bağlı da hazırlanmışdı.
azadlıq.info