Türkiyənin Mardin əyalətinin Artuklu rayonunun Bağlıca kəndinə terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində kəndin keçmiş icra başçısı, könüllü qoruyucu şəhid olub, 8 əsgər yaralanıb. Məlumata görə, əsgərlər hadisə yerinə gedərkən yaralanıblar. Onların olduğu avtomobil kənd yoluna döşənmiş minaya düşüb.
Məlumata görə, hücum edən terrorçuların zərəsizləşdirliməsi üçün irimiqyaslı əməliyyat keçirilib. (Report)