Bu gün saat 10:30 radələrində Aeroport şosesinin Binə qəsəbəsi yaxınlığından keçən hissəsində, Zığ yoluna dönən körpüdə zəncirvari qəza baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 90 YP 521 dövlət nömrə nişanlı “BMW” ilə vətəndaşlara məxsus olan “Mitsubishi Pahero”, “QazEl” və “Bakı Taksi” MMC-yə məxsus olan “TX4” markalı avtomobillər toqquşub.
Nəticəıdə nəqliyyat vasitələrinin hamısına ciddi ziyan dəyib, 2 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (lent.az)