Kişilərin erkən boşalma problemi – çıxış yolu (VİDEOLARLA)
Erkən boşalma (tez boşalma, erken eyakulyasiya) kişilərin tez-tez qarşılaşdığı cinsi əlaqə problemlərindəndir. Lakin erkən boşalmadan əziyyət əkən kişilərin əksəriyyəti utancaqlıq və inamsızlıq üzündən həkimə müraciət etmirlər. Erkən boşalma kişi heysiyyətinə, psixologiyasına mənfi təsir edən bir haldır. Boşalma prosesinə nəzarət edə bilməyən kişi tezliklə hissə qapılır, bu problemin həllinin yollarını axtarmaq əvəzinə, onu daha da dərinləşdirir: özünü bacarıqsızlıqda məzəmmət edir, ruhdan düşərək çox vaxt cinsi əlaqədən qaçmağa çalışır. Bu səbəbdən hər bir kişi erkən boşalma haqda bu 3 həqiqəti bilməlidir:
Erkən boşalma haqqında 3 həqiqət
1-ci həqiqət – Erkən boşalma cinsi zəifliyin ən çox yayılmış növüdür.
2 – ci həqiqət – Erkən boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür.
3 – cü həqiqət – Erkən boşalma hallarının yarıdan çoxu dərmansız müalicə oluna bilən hallardır!
Cinsi zəifliyin hər hansı forması kimi, erkən boşalma tibbi problem olmaqla bərabər, sosial problemlər də yaradır; bu cinsi cütlərin əsəblərinə, davranışlarına, iş qabiliyyətlərinə, adamlarla ünsiyyətinə də mənfi təsirini göstərir. Buna görə də erkən boşalmadan əziyyət çəkənlərin tərəddüd etmədən həkimə müraciət etməsi vacibdir.
Bu linkə vurun: https://www.youtube.com/watch?v=iUQ4NccgRsc
Erkən boşalma nədir? Bu anlayış erektil disfunksiya (penisin nomal bərkiməməsi) anlayışından fərqli bir anlayışdır. Erkən boşalma anlayışı cinsiyyət üzvünün – penisin vaginaya daxil ola bilməsi ilə deyil, cinsi əlaqənin müddəti ilə bağlı bir anlayışdır: bu zaman cinsi əlaqə 3 dəqiqədən az çəkir!
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu 1-ci dərəcəli (kəskin) erkən boşalma hesab edilir.
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən az davam edirsə, buna 2 ci (orta) dərəcəli erkən boşalma deyilir.
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən çox, lakin 3 dəqiqədən az davam edirsə, sadəcə erkən boşalma deyilir.
Ümumiyyətlə, əksər mütəxəsislər 3 dəqiqədən az davam edən cinsi əlaqəni erkən boşalma kimi qəbul edir. Lakin bu hamıya tətbiq oluna bilməz. Məsələn, cinsi cütlər eyni vaxtda orqazma çatırlarsa və məmnun qalırlarsa, cinsi əlaqənin müddətindən asılı olmayaraq, bunu erkən boşalma kimi qəbul etmək olmaz.
Bu linklərə vurun;
http://www.youtube.com/watch?v=iUQ4NccgRsc
https://www.youtube.com/watch?v=mJrozM3FWcg
Erkən boşalmanın səbəbləri. Bu səbəblər psixoloji və tibbi olmaqla 2 yerə bölünür. Bu səbəblərdən hansının daha çox rast gəldiyini söyləmək çox da çətin deyil – əksəriyyəti psixoloji səbəblərdir. Erkən boşalmanın səbəbləri içərisində ən çox rast gələn psixoloji səbəblərə aşağıdakılar aiddir:
- Gənclik dövrünün masturbasiya vərdişlərinin təsiri (tələsik, yaxalanmaq qorxusu altında süni boşalmalar ). Bu amil erkən boşalma səbəbləri içərisində 1-ci yerdə durur.
- Cinsi istəyin qadına qarşı həddən artıq yüksək olması.
3.Qadından infeksiya ilə yoluxmaq qorxusu
- Qadının hamilə qalması qorxusu
- Cinsi əlaqənin münasib yerdə və ya münasib vaxtda olmaması
- Qadının cinsi əlaqədən imtina edəcəyinin qorxusu
- Cinsi əlaqə haqqında səhv anlayışlar
- Digər bir çox psixoloji məqamlar, stres, yorğunluq və s. səbəblər də erkən boşalmaya səbəb ola bilər.
Tibbi səbəblər bütün yaşlarda, daha çox isə yaşlanmış kişilərdə rast gəlir. Bura aiddir:
- Prostatitlər (prostat vəzinin iltihabi xəstəlikləri – daha çox gənclərə aiddir)
2.Prostat vəzinin adenoması (xoşxassəli şişi – daha çox 40 yaşı keçmiş kişilərə aiddir)
- Prostat vəzinin xərçəngi
- Uretritlər (sidik kanalının iltihabi xəstəliyi)
- Penisin patoloji həssaslığı və s.
Yaşlılarda daha çox cinsiyyət orqanlarının xəstəlikləri (prostatit, uretrit, prostat adenoması, penisin patoloji həssaslığı və s.) və qeyri – uroloji digər xəstəliklər – şəkərli diabet, hipertoniya xəstəliyi, nevrotik pozulmalar və s. erkən boşalmaya səbəb ola bilər. Tibbi səbəblər içərisində prostat vəzinin iltihabı və adenoması ilk növbədə qeyd olunmalıdır. Çünki normal cinsi əlaqənin təminatı üçün prostat vəzinin sağlamlığı çox mühümdür! Orqanizmdə cinsi hormonların balansının pozulması da erkən boşalmaya səbəb ola bilər. Hər hansı xəstəliklə bağlı müalicə alan şəxslərdə qəbul edilən bəzi dərman preparatları da erkən boşalmaya səbəb ola bilər. Kişinin əsəb sistemi, fiziki yorğunluğu və s. bu kimi bir çox hallar da erkən boşalmanın səbəbi ola bilər.
Erkən boşalmanın müalicəsi
Erkən boşalmanın müalicəsinə qərar verən kişi ilk növbədə nəyi bilməlidir:
- 1. Bu müalcə soyuqdəymənin antibiotiklə qısa müddətli müalicəsinə bənzəməz: tibbdə bundan ötrü antibiotiklər kimi konkret dərmanlar yoxdur! Döğrudur ki, tibbdə bu məqsədlə bəzi antidepressantlar qrupundan olan dərmanların yan təsirlərindən ara-sıra istifadə olunur. Lakin bunu çoxlarına tətbiq etmək olmur. Digər tərəfdən, bu dərmanlarla müalicə zamanı erkən boşalma aradan qalxsa da, dərman qəbulu dayandırıldıqda erkən boşlma problemi daha da kəskinləşir.
- Erkən boşalmanın ən effektli müalicəsi kişinin öz qadını ilə müalicə mövzusunda anlaşdığı hallarda olur! Əksinə, qadın tərəfindən aşkar və ya örtülü şəkildə məzəmmət hədəfi olan kişinin müalicəsi çətin ola bilər.
- 3. Kişinin cinsi əlaqə zamanı boşalma müddətini idarə etməyi öyrənməsi velosiped sürməyi öyrənmək kimidir: öyrənənə kimi ora – bura çırpar, lakin bir dəfə öyrəndisə, bir də yıxılmaz!
Psixoloji səbəbdən baş verən erkən boşalmanın müalicəsində ilk vəzifə bu səbəbi dəqiqləşdirməkdən ibarətdir. Bəzən psixoanalitik metodlardan istifadə etməklə qısa müddətdə yaxşı nəticələr əldə etmək olur; yeniyetməlik və gənclik dövrünün seksual arzuları və vərdişləri, həmçinin seksual yuxular və fantaziyaları pasientlə birgə təhlil olunduqda, adətən müalicənin nədən ibarət olacağı dərhal aydınlaşır. Müvafiq müalicə üsulunun tətbiqi ilə bərabər, pasientin səbri, müalicə olunmaq arzusu, iradəsi və bir pasient kimi intizamı müalicəyə tam zəmanət verir.
American Urological Association (AUA Formulary. 2010;45:17-27.) 2010-cu ildə erkən boşalmanın səbəblərini müzakirə edərək qərara gəlmişdir ki, erkən boşalmanın səbəbləri içərisində psixoloji amillərin üstünlüyünün doğru olması ilə yanaşı, dərinləşdirilmiş tədqiqatlar onu göstərir ki, hər bir erkən boşalma probleminin altında bir bədənsal səbəb yatır. Bu səbəblər içərisində prostat vəzinin xəstəliklərinin xüsusi yeri vardır. Erkən boşalmadan əziyyət çəkən kişidə eyni zamanda prostatit aşkar olduğu hallarda , prostatitin uğurlu müalicəsi çox zaman erkən boşalma probleminin də həlli ilə nəticələnir. Eləcə də, bədəndə mövcud olan digər uroloji və ya qeyri xəstəliklərin də erkən boşalmada rolu unudulmamalı, müalicə olunmalıdır.
Bəs pasientlər nə edə bilər? Bu barədə Amerika Uroloqlar Assosiasiyasının bəzi qiymətli tövsiyələrini yada salmağa dəyər:
Stresdən qaçmağa çalışın!
Qapalı yerlərdə yox, açıq havada çox qalın!
Unutmayın: “Mübahisədən qaçmaq – mübahisəni udmağın yeganə yoludur”! (D.Karnegi)
Bu məsələdə özünüzü bəxtsiz adam kimi hiss etməyin: Unutmayın:əksər kişilər haçansa bu problemlə üzləşmiş olur.
Cinsi əlaqəyə tələsməyin.
Saglamlığınızla bağlı hər hansı problem varsa, müalicə olunun.
Sidik cinsiyyət orqanları ilə bağlı nasazlığınız varsa uroloqa baş vurun.
Erkən boıalma ilə bağlı qadınınızla danışmaqdan çəkinməyin.
Qadınınızla başqa bir probleminiz varsa (məişət məsələləri və s.) onu həll edin!
Mövzuilə bağlı axtarılan sözlər. Cinsi zəiflik nədir? Cinsi zəifliyin səbəbi (və ya səbəbləri) nədir? Cinsi zəifliyin əlamətləri hansılardır? Kişi cinsiyyət sistemi necə “işləyir”? Yaşla bağlı cinsi əlaqə necə olmalıdır? Cinsi zəiflik qiaqnozu nə zaman qoyulur (hansı əsaslarla), Cinsi zəiflik və Şəkərli diabetin əlaqəsi varmı? Cinsi zəiflik və spirtli içkilər qəbul etməyin əlaqəsi varmı? Cinsi zəifliyin hansı formaları var? Cinsi zəiflik sağalandırmı? Erkən boşalma nədir? Cinsi zeifliyi necə mualicə etmek olar? Erkən boşalmanı necə mualicə etmek olar? Cinsi əlaqə necə (hansı tezlikdə) olmalıdır? Cinsi əlaqə nə qədər davam etməlidir? Cinsi zəifliyin yaşla əlaqəsi nnədən ibarətdir? Əlaqə zamanıe yakulyasiyanın olmamasının səbəbi nədir? Geriyə boşalma nədir? erken bosalmanin mualicesi, Tez bosalma mualicesi, erken bosalmanin dermani, erken bosalmanin qarsisini almaq, tez bosalmanin qarsisini almaq,vaxtindan tez bosalma, erkən boşalma, erkən boşalmanın müalicəsi, erkən boşalmaya qarşı dərman, erkən boşalma dərman, tez boşalmanın müalicəsi, tez boşalmanın qarşısının alınması, tez boşalmanın sebebleri, tez boşalmanın səbəbləri, vaxtindan tez bosalma, tez bosalmanin tebii yolla mualicesi, gec bosalmaq ucun kremler, spray, gec bosalma ucun derman, gec qurtarmaq ucun derman, cinsi zeiflik, cinsi zeiflik ucun dermanlar, cinsi elaqe,cinsi elaqenin tez bitmesi və s.
Doktor Süleyman Cəbrayılovun digər tibbi məqalələrini internetdə google vasitəsilə və ya Həkimin şəxsi internet səhifələrində – bu linklərə vur maqlqla oxuya bilərsiniz :
http://realtibb.com/ və http://saglamprostat.com/
Müəllifin mövzu ilə bağlı digər videoları və məqalələri
https://www.youtube.com/watch?v=mJrozM3FWcg
http://www.youtube.com/watch?v=iUQ4NccgRsc
https://www.youtube.com/watch?v=RC8kOYx4P3w
https://www.youtube.com/watch?v=XLW_HjFYj-g
Kişilərin prostat problemi – Çıxış yolu
Prostat adenomasının ən yaxşı müalicəsi
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Kişilərin sağlamliq meyarı – prostat vəzi haqqında 3 həqiqət
Prostat vəzinin dərmanla, dərmansız və cərrahi müalicəsi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu
Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi
Prostat vəzi, adenoma, cinsi zeiflik: müalicə imkanları – yalanlar və həqiqətlər
Erken boşalmanın sebebleri
Prostat vəzi: miflər, həqiqətlər
Enurez (yuxuda sidik qaçırma) – miflər,həqiqətlər
Prostat vəzi: suallar və cavablar
Prostat vəzinin adenoması, iltihabı, daşları və cinsi zəiflik
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər.
Kişilərin prostat və PSA kabusu. Bütün həqiqətlər.
Prostat vezi: PSA mifi və həqiqəti.
Erkən boşalmanın ən yaxşı müalicesi
Prostat haqda hər bir kişi bunları bilməlidir
Cavan kişilərdə cinsi zəiflik problemi – çıxış yolu. (videolarla)
“Real” tibb mərkəzinin ünvanı =Bakı, 8 km, B.Nuriyev, 55
(“Laçın” və “Xalqlar dostluğu” yarmarkası və “Siiyaqut” ş/ evinə yaxın)
Telefonlar (050) 501 60 70
(077) 601 60 70
(050) 519 91 84
(055) 519 91 84