Rusiyada Ümumi Daxili Məhsulun (ÜDM) həcmi azalaraq, 2008-ci ilin I-III rübləri səviyyəsinə çatıb və yüksək bir ehtimalla bundan sonra da azalmaqda davam edəcək, Rusiya Ali İqtisadiyyat Məktəbinin İnkişaf Mərkəzi bildirir.
Rusiya statistika qurumuna əsasən, 2015-ci ildə ÜDM 3,7 faizlik ixtisara məruz qalıb.
“İnkişaf Mərkəzi”nin son hesabatında deyilir ki, geriləmə əhali arasında istehlak səviyyəsinin aşağı düşməsilə bağlıdır.
İstehlak tələbatının zəifləməsi nəticəsində iqtisadiyyata dəyən zərbəni ixracatın artması yumşaldıb, sənəddə deyilir.
İxtisar ən çox pərakəndə ticarət, sənaye və inşaat sektorunda müşaiyət olunur.
Bu arada hasilat və kənd təsərrüfatında artımın qeydə alındığı bildirir.
2008-2009-cü illərlə müqayisədə hazırkı böhranın xüsusiyyətlərindən biri də odur ki, əsas zərbə əhali üzərinə düşür, hesabatda deyilir. (BBC azeri)