Neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq Rubl yenidən Dollar qarşısında ucuzlaşır.
Moskva birjasında Dolların məzənnəsi əvvəlki hərracların bağlanması səviyyəsi ilə müqayisədə 1,68 rubl artıb və həcmi 78,99 rubl olub. Avronun qiyməti 1,67 rubl artaraq 85,92 rubla qədər bahalaşıb.