Qazaxıstan prezidenti Nursultan Nazarbayev qardaşı oğlunu Milli Təhlükəsizlik Komitəsi sədrinin 1-ci müavini təyin edib.
37 yaşlı Abiş Səmət Nazarbayev Qazaxıstan və Rusiyada kəşfiyyat akademiyalarını bitirib. Son vaxtlar isə Milli Təhlükəsizlik Komitəsi Astana şəhəri üzrə idarəsinin rəisi vəzifəsində çalışıb.
Nazarbayevin qardaşı oğlu general-mayor rütbəsi daşıyır.
Qeyd edək ki, bir az əvvəl Nazarbayevin qızı Dariqa Nazarbayeva baş nazirin müavini təyin edilmişdi.
Onu da xatırladaq ki, daha əvvəl Qazaxıstan KİV-i Abiş Səmətin prezidenti Nursultan Nazarbayevin varisi olmasına dair çoxsaylı məlumatlar dərc etmişdi (virtualaz.org).