Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Avropa Birliyi-Orta Asiya Nazirlər Toplantısına qatılan Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək komissarı Federica Mogherini, Orta Asiya ölkələri ilə əməkdaşlığın Avropa Birliyinin prioritetləri arasında olduğunu bildirib.
Orta Asiya ölkələri ilə uzun zamandır əməkdaşlıq etdiklərini qeyd edən Mogherini, bölgə ölkələriylə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edib. Mogherini, keçən il Orta Asiya üçün yeni strategiya təyin olunduğunu da bildirib.
Astanada reallaşan yığıncağa, Qazaxıstan, Özbəkistan və Qırğızıstan baş nazir səviyyəsində, Tacikistan və Türkmənistan isə nazir müavinləri səviyyəsində təmsil olunub.
Aydın Taş