Rusiyanın baş naziri Dmitri Medvedev dövlət məmurlarının sayının 10 faiz ixtisar edilməsi ilə bağlı qərarı imzalayıb.
Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Sənədin icrası baş nazirin müavini Sergey Prixodkoya tapşırılıb.
“Çətin qlobal mühitin şərtləri daxilində biznesin və insanlarımızın tələbatının ödənilməsi üçün büdcənin sadə olmayan vəziyyətində səmərəli fəaliyyət göstərmək vacibdir. Bizə yığcam administrasiya lazımdır. Biz bu haqda həmişə, hətta böhranın təsirindən kənar danışanda da demişik. İdarəetmə aparatının elastiklik qabiliyyəti var. Əgər onun ölçüsünə nəzarət edilməzsə, obyektiv səbəblərdən genişlənəcək”, – Dmitri Medvedev məsələ ilə bağlı keçirdiyi müşavirədə bildirib. (Report)