Rusiyanın bir sıra regionlarında alkoqolu içkilərdən ölüm halları qeydə alınıb.
Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin son günlər Krasnoyarsk, Çuvaşiya, Orenburq, Kursk, Kaluqa və Moskva regionlarında alkoqollu içkilərdən onlarla adamın öldüyünü və ya xəstəxanaya düşdüyünü deyir.
Markin metan spirtindən zəhərlənənlərin dəqiq sayını göstərməyib, amma ölənlərin sayının artdığını bildirib.
Saxta alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınan regionlarda istintaq başlayıb.
Təkcə Krasnoyarskda saxta “Jack Daniel” viskindən azı 11 nəfər ölüb.
Faktla bağlı 6 şübhəlinin saxlanıldığı bildirilir.