Bu ilin 9 ayında Azərbaycana 56,1 min iri və xırda buynuzlu mal-qara gətirilib. Bu, 2014-cü ilin eyni dövründəkindən (159,1 min baş) üç dəfə azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
İlin əvvəlindən xaricdə 19 mln. dollar məbləğində 9420 baş cins mal alınıb. Bir baş cins mal 2014-cü ilin eyni dövründəkindən (2320 dolar) 300 dollar ucuz alınıb.
Gömrük Komitəsi bu ildən iribuynuzlu mal-qaranın bəyannamə qiymətinə daha ciddi yanaşmağa başlayıb. Əgər 2014-cü ilin yanvar-sentybarında 85 min baş idxal inəyi və buzovu gömrükdə orta hesabla 216,7 dollara bəyan edilibsə, bu il bu göstərici 473,3 dollar olub.
Bu ildən bir qoyun 23 dollar baha (89 dollar) qiymətə idxal olunur.
DSK-ya görə, bu il mal, qoyun, donuz və keçi əti idxalı (4258,4 ton) 2,3% artıb. Bir kq ət gömrükdə 2 dollara bəyan edilir, pərakəndə satış qiyməti isə 5-10 dollardır.
Mənbə: Contact