Şabran rayonunda vəhhabilərə qarşı əməliyyat keçirilib.
Rayon sakinlərindən verilən məlumata görə, dünən günorta saatlarında rayonun “Stansiya” adlanan ərazisində polislər vəhhabilərə qarşı əməliyyat keçiriblər. Rayon sakinlərinin bildirdiklərinə görə, əməliyyat Nardaran hadisələri ilə bağlı olub.
Amma heç bir vəhhabinin tutulmadığı da məlumatlar sırasındadır. Sadəcə vəhhabilərin daha çox məskunlaşdığı “Stansiya” adlanan ərazisi bir neçə saatlıq nəzarətə götürülüb. (Avrasiya.net)