Yevlaxda pambıqtəmizləmə zavodunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytı məlumat verir ki, hadisə Yevlax şəhərində “Qarabağ” ASC-yə məxsus pambıqtəmizləmə zavodunda baş verib. Zavodun ərazisində ümumi sahəsi 400 kv.m olan talvarın altına yığılan pambıq tullantıları 100 kv.m sahədə yanıb. Talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.