Almaniyanın “Şpiegel” jurnalında yer alan xəbərdə, bu ölkənin ABŞ, Danimarka və Polşa daxili işlər nazirlikləri ilə yanaşı, AB-nin Brüsseldəki və BMT-nin Nyu-Yorkdakı nümayəndəliklərini “açar sözlər” istifadə edərək dinlədiyi bildirilir. Jurnal bu siyahıda ABŞ Maliyyə Nazirliyinin də olduğunu iddia edir.
Xəbərə görə, Alman kəşfiyyatı yalnız dövlət strukturlarını yox, eyni zamanda “Care International”, “Oxfam” və Beynəlxalq Qızıl Xaç Komitəsi kimi qeyri-hökumət təşkilatlarını da izləyib. “Şpiegel” Alman kəşfiyyatının ölkə daxilində də bəzi səfirliklər və konsulluqları izlədiyini yazıb. Bu siyahıda ABŞ, Fransa, İngiltərə, İsveç, Portuqaliya, Yunanıstan, İspaniya, İtaliya, Avstriya, İsveçrə və Vatikanın Almaniyadakı nümayəndəliklərinin elektron poçt ünvanları, telefon və faks nömrələrinin olduğu bildirilir.
azadliq.info